Dilənçilərdən yeni metod: yolda sizi saxlayıb... (Video)

4 May 2017 22:12 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, dilənçilər yolda hərəkətdə olan avtomobiləri saxladıb kömək istəyir, benzin almağa pulu olmadığını bildirərək sürücüdən yardım əlini uzatmasını xahiş edir.

Sosial şəbəkələrdə paytaxtın Zığ yolunda fırıldaqcılıqla məşğul olan şəxsin videosu yayılıb. "VAZ-2107" markalı, 10 UT 489 dövlət nömrə nişanlı avtomobillə yolda dayanan şəxs oradan keçən maşınları saxlatdırıb benzin adı ilə pul istəyir.

Sürücülərdən biri benzin almağa razılaşır. Ondan avtomobilə oturub, yanacaqdoldurma məntəqəsinə getməsini istəyir. Elə hər şey bundan sonra ortaya çıxır. O, benzin alınmasına razılaşmır və təkidlə pul tələb edir.

Kömək əlini uzadan sürücü, şəxsin fırıldaqçı olduğunu anlayır və hadisəni çəkməyə davam edir. Az əvvəl avtomobili qırıldığına görə yolda qaldığını deyən fırıldaqçı, sükan arxasına oturub elə həmin avtomobillə hadisə yerindən uzaqlaşmağa başlayır.

Səliqəli geyimlə, normal insan təsiri bağışlayan belə şəxslərə qarşı sürücülərin diqqətli olması tövsiyyə olunur.