Sürücü mopedlə piyadanı vurub, öldürdü - Bakıda

4 May 2017 23:44 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Rusiya səfirliyinin yaxınlığında baş verib.

Sözügedən küçədə moped ilə hərəkətdə olan sürücü Gözəlov Soltan Muxtar oğlu yolu keçmək istəyən təqribən 30-35 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib. Onun şəxsiyyəti hələ ki, məlum deyil.

Qəza səbəbindən yolda sıxlıq yaranıb.