Tramp Konqresdə ilk qələbəsini qazandı

5 May 2017 10:20 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, konqresmenlərin 217 nəfəri qanun layihəsinin lehinə 213-ü isə əleyhinə səs verib. Tramp səsvermə sonrasında çıxışı zamanı əldə olunan qələbəni “Obamacare” layihəsinin sonu kimi şərh edib.

“Obamacare” səhiyyə aktı sabiq prezident Barak Obamanın hakimiyyəti dövründə tibbi sığortanı yaxşılaşdırmaq üçün onun təşəbbüsü ilə qəbul olunmuş layihə idi.

Tramp yeni qanun layihəsi ilə “Obamacare” aktını ləğv etməyi planlaşdırır.

Trampın bu layihəsi “Trampcare” ləqəbi ilə tanınır. Səsvermənin nəticəsi Trampın Konqresdə ilk qələbəsidir.

Demokratlar bildiriblər ki, yeni qanun layihəsi milyonlarla insanın sığortasız qalmasına səbəb olacaq.

Qanun layihəsi növbəti səsvermə instansiyası olaraq Senata göndərilib.

Qanun layihəsi etirazlara da səbəb olub. Qanunvericilər Konqres binasını tərk edən zaman bir qrup fəalın “ayıb olsun” şüarları ilə qarşılaşıblar.

Bəxtiyar Abbasov

AzNews.az