Müğənni Fərhadın Şirinə olan sevgisindən oxuyub

7 Fevral 2013 09:44 (UTC+04:00)



Bu barədə AzNews.az-a müğənni özü məlumat verib. O, bildirib ki, Türkiyədə sözləri və musiqisi Esmiralda xanıma məxsus olan yeni "Dağları, daşları yar da, gəl!" adlı mahnını hazırlayıb:

"Mahnının mövzusu dahi Azərbaycan şairi Nizami Gəncəvinin xəmsəsinə daxil olan "Xosrov və Şirin" əsərinin qəhrəmanı Fərhadın Şirinə olan məhəbbətindən, hisslərindən, əzablarını və iztirablarından bəhs edir".

Müğənni onu da qeyd edib ki, məşhur müğənni Tarkanın musiqiçisi Mehmet Akatay və başqa tanınmış musiqiçilər mahnını hazırlayərkən onu müşayiət ediblər:

"Mahnını aranjeman müəllifi Kənan Yılmaza aiddir. O, Türkiyənin bir çox məşhur müğənnilərinin mahnılarını aranjeman edib. Artıq həmin musiqiçilərin sözlərinə görə, Türkiyədə bu mahnının heyranları da var. Əminəm ki, repertuarımda ən sevilən mahnılardan biri olacaq. Mahnının türk versiyası da hazırlanacaq".

Fuad Mədətov
AzNews.az