İki yaşlı körpənin üstünə qaynar su töküldü - Bakıda

5 May 2017 14:29 (UTC+04:00)

“Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsindəki yeni yaşayış sahəsində qeydə alınıb.

Orada yaşayan 2015-ci il təvəllüdlü Murad Səfərovun sifətinə qaynar su tökülüb.

Hadisə ehtiyatsızlıqdan baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

AzNews.az