Mehriban Əliyeva ISESCO-nun baş direktoru ilə görüşdü

5 May 2017 14:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, görüşdə ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qurumun baş direktorunu yenidən Bakıda görməkdən şad olduğunu bildirdi, Azərbaycan ilə təşkilat arasında səmərəli əməkdaşlığın qurulduğunu deyib.

Mehriban Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aparılacaq müzakirələrin dünyanı narahat edən bir çox məsələlərin həllinə töhfə verəcəyinə əminliyini bildirib.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri yenidən Bakıda olmaqdan məmnunluğunu ifadə etdi. O, Forumun gündəliyində olan məsələlərin qlobal əhəmiyyət daşıdığını vurğulayıb.