"Su səyahəti" Sumqayıtda - Foto

5 May 2017 15:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azərbaycanın 15 bölgəsindən keçən bu səyahət turu xalqımıza idman bayramı əhval-ruhiyyəsi bəxş etməklə bərabər, eyni zamanda, həmrəylik və sevinc hissi də nəsib edib. Xatırladaq ki, Prezident İlham Əliyevin iştirakı ilə aprelin 5-də Bakıda Xəzərdən başlayan su səyahətinə start verilib. Mayın 5-də su səyahətinin iştirakçıları marşrutun sonuncu ünvanına - Xəzər dənizinin sahilinə yetişiblər.

Prezident təqaüdçüsü, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Məmməd Eyvazov, yunan-Roma güləşi üzrə gənclər arasında Avropa çempionu, dünya kubokunun gümüş medal mükafatçısı Nofəl Babayev və futbol həvəskarı Səlim İmranlı “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Sumqayıtda Xəzərin sahilindən su ilə dolduraraq, axşam keçiriləcək festivala yollanıblar.

Tədbirin qonaqları arasında Oyunların idmançı səfiri İlham Zəkiyev, ulduz səfirlər Rəfael İsgəndərov, Coşqun Rəhimov, Müşviq Abbasov və Hacı Nuran da var idi.

Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Musiqili-əyləncəli idman tədbiri iştirakçılara xoş anlar yaşadıb. Qaliblərə mükafatlar təqdim olunub.