"Qarabağ"dan növbəti "qızıl dubl"

5 May 2017 18:08 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası həlledici görüşdə “Qəbələ” üz-üzə gəlib.

Kubokun final qarşılaşması ilk dəfə olaraq Naxçıvanda keçirilib.

Ardıcıl 4 ildir ölkə çempionu olan “Qarabağ” 2:0 hesabı ilə qalib gələrək növbəti dəfə “qızıl dubl” edib. . Qurban Qurbanovun komandası bununla da ardıcıl 3-cü, ümumilikdə isə 6-cı dəfə Azərbaycan kubokunun sahibi olub.

Bununla da Ağdam təmsilçisi həm ardıcıl 3-cü dəfə kubok qazanan, həm də üç mövsüm “qızıl dubl” edən ilk Azərbaycan komandası olub.