Ermənilər ən çox Diananı axtarıblar - Foto

5 May 2017 18:26 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yarışmada iştirak edən 42 ölkə arasında ən axtarışda olan iştirakçı Fransa təmsilçisi Almadır.

İkinci sırada İtaliya təmsilçisi Francesco Gabbani, üçüncü sırada isə Bolqarıstan təmsilçisi Kristian Kostov yer alıb.

Azərbaycan təmsilçisi Diana Hacıyeva isə siyahıda 12-də yerdə qərarlaşıb. Bundan əlavə, saytda Avropa xəritəsi yerləşdirilib, final və yarışmadan kənarlaşdırılan ölkələr qeyd olunub.

Axtarışların nəticələrinə görə, xəritədə çəhrayı rəngli ölkələr finala çıxır, mavi rəngli ölkələr isə yarımfinal mərhələsindən sonra müsabiqə ilə vidalaşır. Boz rəngli ölkələr isə müsabiqədə iştirak etmir.

Həmçinin, ölkələr üzrə də siyahı tərtib olunub. Məsələn, Ermənistan, Fransa ən çox Azərbaycan təmsilçisi Diana Hacıyevanı axtarışa verib.

Azərbaycanda yaşayan vətəndaşlar isə ən çox Gürcüstan təmsilçisi Tamara Gachechiladzeni axtarıb.