Ermənilərin Tərtər istiqamətində planladığı təxribatın qarşısı alındı

5 May 2017 19:32 (UTC+04:00)

AzNews.az Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görülən effektiv və önləyici tədbirlər nəticəsində düşmənin bu planı vaxtında aşkar olunub.

Müdafiə Nazirliyi bildirir ki, bütün cəbhə boyu əməliyyat şəraiti və ümumilikdə vəziyyət daim nəzarətimiz altındadır. Eyni zamanda xəbərdar edirik ki, düşmənin gələcəkdə də bu cür fəaliyyətinin qarşısı daha sərt şəkildə alınacaqdır. Görüləcək cavab tədbirləri amansız olacaq və qarşı tərəfin verəcəyi böyük itkilərə görə bütün məsuliyyət Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşəcəkdir.