21 yaşlı oğlanı həmkəndliləri döyüb, ağır yaraladı

5 May 2017 22:43 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Üçtəpə kənd sakini, 1996-cı il təvəllüdlü Hikmət Musayev başın və bədənin müxtəlif hissələrinin xəsarəti əlaməti ilə xəstəxanaya yerləşdirilib. H. Musayevin dediyinə görə, o, yaşadığı kənddə bir neçə nəfər tərəfindən döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.