Obamanın Milandakı çıxışına biletlər satışa çıxarıldı - 850 avro

5 May 2017 23:13 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Milanda məşhur meydanda baş tutacaq çıxışa olan qiymətlər isə heç də ucuz deyil- 850 avro.

Əslində isə bu qiymət Vip Platinum kateqoriyasına aiddir. Bu biletin sahibi həm Obamanın nitqini izləyə biləcək, həm də 8-11 may tarixlərində baş tutacaq yarmarka və digər tədbirlərdə iştirak edəcək.

Ən ucuz biletin qiyməti isə 50 avrodur. Lakin, bu qiymətə Obamanı canlı görmək mümkün olmayacaq.

Qeyd edək ki, bu Obamanın ABŞ sərhədlərindən kənar ilk mühazirəsi olacaq. Obama biletlərdən gələcək gəliri vətəndaş fondunun maliyyələşdirilməsinə yönləndirəcəyini bildirib. Sabiq prezidentin 3 min 500 insan qarşısında nitq söyləməsi planlaşdırılır.