Rövşən Lənkəranskinin başına 5 milyon qoyuldu

7 Fevral 2013 10:40 (UTC+04:00)


Ded Xasanın klanı Rövşən Caniyevin qatilinə 5 milyon dollar vəd edib. Bu barədə məlumatı "Rosbalt" yayıb. Məlumata görə, hələlik "obşak"dan sözügedən məbləğ heç kəsə ödənilməyib. Bu isə ölüm xəbərinin tam dəqiqləşdirilməməsi ilə əlaqədardır.

Məlumatda bildirilir ki, qərar Miron, Temuri Mirzoyev, Vasili Xristoforov, Qadi Kaloyan, Valeriy Farizov və Sadkonun iştirakı ilə keçirilən "sxodka"da qəbul edilib. Hazırda İstanbulda öldürüldüyü bildirilən R.LƏnkəranski ilə bağlı dəqiqləşdirmələr aparılır.

Bu arada R.Lənkəranskinin qohumu olduğu bildirilən Emil adlı şəxs Rusiya mətbuatına müsahibəsində onun ölmədiyini və Ded Xasanla heç bir qarşıdurmasının olmadığını bildirib.


Elnarə
AzNews.az