“Dağlıq Qarabağla bağlı referendum Azərbaycan xalqının iştirakı ilə keçirilə bilər”- Araz Əzimov

6 May 2017 11:55 (UTC+04:00)

AzNews.az apa-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib:

Bu baxımdan, nə zamansa münaqişənin həlli prosesi referendum tələb edən səviyyəyə çıxarsa, o zaman bütün Azərbaycan xalqı öz fikrini bildirmək üçün referendumda iştirak edə bilər. Qarabağ məsələsi ilə bağlı digər referendum planını qəbul etmirəm. Bunun üçün əsas yoxdur.

O bildirib ki, statusun müəyyənləşdirməsi ilə bağlı proses yalnız legitim çərçivədə həyata keçirilə bilər:

Bu da yalnız Qarabağ regionundan qovulmuş və oraya qayıtmalı olan Azərbaycan əhalisinin iştirakı ilə baş verə bilər. Bu məsələnin müzakirəyə çıxarılması üçün razılığın müəyyənləşdirilməsi başqa məsələdir. Bu barədə biz hələ danışmırıq.