"Hər bir məcburi köçkünə 750 manat sərf olundu" – Əli Həsənov

6 May 2017 13:36 (UTC+04:00)

AzNews.az "APA"-ya istinadən xəbər verir ki, bu fikirləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "Heydər Əliyevin ideyaları və dərin islahatlar strategiyası” adlı kitabdakı yazısında qeyd edib. O bildirib ki, 2016-cı ildə məcburi köçkün icmalarına sahibkarlıq fəaliyyətinə başlamaq üçün 2,6 milyon manat məbləğində qrantlar verilib:

Eyni zamanda mikrokredit alt-komponenti çərçivəsində 1900 nəfərdən artıq məcburi köçkünə ümumi məbləği 2,3 milyon manat olan mikro kreditlər, eləcə də 1624 gəncə sahibkarlıq fəaliyyətinə başlamaq üçün 1,3 milyon manat məbləğində alət-avadanlıq qrantları verilib.

Komitə sədri 200-dən çox ailənin Cocuq Mərcanlıya qayıtmaq istədiyini də qeyd edib.

Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Respublikanın 17 şəhər və rayonlarında məskunlaşmış həmin ailələrdən 200-dən çoxu müraciət edərək, geriyə - öz evlərinə qayıtmaq istədiklərini bildiriblər.

Ə. Həsənov qeyd edib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin tam həlli onların öz ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması ilə bilavasitə bağlıdır. Onun sözlərinə görə, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe səbəbindən münaqişənin həlli uzanır:

Lakin məcburi köçkünlər gələcəyə inamla baxır, ümidlə yaşayırlar. 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun düşmənin təxribatına layiqli cavab verməsi, mühüm Lələ-Təpə yüksəkliyini qaytarması, torpaqlarımızı azad etməyə qadir olması bu inamı daha da artırıb. 1994-cü ilin yanvarın 6-dək davam edən uğurlu Horadiz əməliyyatı nəticəsində Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsi, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yaratdı.

AzNews.az