20 ton əti oğurladılar

6 May 2017 14:33 (UTC+04:00)

“Report”un məlumatına görə, Azərbaycanın “Qafqaz Konserv Zavodu”na göndərilməsi nəzərdə tutulan 70 min dollar dəyərində olan məhsul Ukraynada gömrüyə gedən yolda yoxa çıxıb.

Yükün itməsi ilə bağlı hüquq mühafizə orqanlarına, o cümlədən Ukrayna Daxili İşlər orqanlarına, Təhlükəsizlik xidmətinə, Ali Radanın deputatlarına müraciət olunub.

Qeyd edək ki, indiyədək Azərbaycanın ayrı-ayrı şirkətlərinə məxsus yüklərlə dolu 10 yük maşını Ukrayna ərazisində oğurlanıb.

AzNews.az