“Asan İmza dünyada Azərbaycan brendi kimi tanınır” - ISESCO-nun baş direktoru

6 May 2017 15:37 (UTC+04:00)

AzNews.az xəbər verir ki, o, Azərbaycanın sülh ölkəsi olduğunu qeyd edib və paytaxtımızda olmaqdan məmnunluğunu bildirib:

''Başqa ölkələrdə insanlar qorxu içində yaşayır. Onlar hər zaman başlarına bomba düşəcəyindən qorxurlar. Amma Azərbaycana gələndə onlar sülh və qayğıkeşlik görürlər. Biz Bakıda konfransda iştirak etdik. Ölkə başçısı və birinci xanıma təşəkkür edirəm ki, belə uğurlu tədbir təşkil etmişdilər. Azərbayvan islam Ölkələri arasında xüsusi nüfuza malikdir. Azərbaycan dünyadakı texnoloji yenilikləri təqdim edir. Bu sahədə pionerdir. Mən düşünürəm ki, "Asan İmza" artıq Azərbaycanın brendidir. Bu brendi dünyaya yaymaq lazımdır. Hesab edirəm ki, islam ölkələri gələcəkdə bu təcrübəni bölüşəcək ki, bu da Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi mövqeyinin gücləndirilməsi baxımından çox əhəmiyyətlidir "