Dünyanın ən kök adamı əməliyyat olunacaq

6 May 2017 15:48 (UTC+04:00)

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, həkimlər əməliyyatdan sonra Juan Pedro Frankonun çəkisinin azı iki dəfə azalacağına ümid edirlər. O, cərrahi müdaxiləyə hazırlıq zamanı 3 ay sərt pəhriz saxlayaraq 175 kiloqram arıqlayıb.

Meksikalı hələ uşaq vaxtından kökəlməyə başlayıb. Artıq 6 yaşında çəkisi 60 kiloqrama çatan Juan Pedro avtomobil qəzası və ağır pnevmoniyadan sonra bir il yataq xəstəsi olub. Bu müddətdə onun çəkisi 220 kiloqrama çatıb. Ötən il xəstəliklərinin üzərinə diabet də gəlib.

Juan Pedro həkimlərin onu normal həyata qaytaracağına və yenidən rəqs edəcəyinə, həmçinin sükan arxasında oturacağına inanır.

AzNews.az