Yatarkən başınızın üstündəki təhlükə - 1 stəkan su (Araşdırma)

6 May 2017 19:26 (UTC+04:00)

Alimlər müəyyən ediblər ki, yatmazdan əvvəl yatağınızın yanında, başınızın “ucu”nda qoyduğunuz su insan orqanizmi üçün böyük təhlükə törədir. Çox zaman yuxuda olarkən susadığımız zaman mətbəxə gedib yuxumuzun qaçmaması üçün yanımızda qoyduğumuz su ilə gün ərzində içdiyimiz su arasında xeyli fərq var. “Başucu suyu” adlandırılan suyu gecə yuxulu olduğumuz zaman içdikdə dadındakı fərqi hiss etmirik.

Ağzı açıq bir şəkildə gözləyən su hava ilə birbaşa təmasda olur və mühitdə sıx olaraq olan karbondioksidin sovrulmasını təmin edir.

Bu sorma hadisəsinin sonunda su kimyəvi bir reaksiyaya girərək karbon turşusu əmələ gətirir.

Gecə yarısı qalxıb içilən, dadı itən bu maye insan sağlamlığı üçün çox təhlükəlidir.

Başucunuza qoyduğunuz suyunuzu ağzı açıq şəkildə buraxmaq buna görə çox zərərlidir. Kimyəvi maddələrin və tozların bədənə girməsinin qarşısını almaq üçün gecə suyunun ağzı bağlı şüşələrdə saxlanması təklif edilir.

AzNews.az