Bu avtobuslarda sürücü olmayacaq

6 May 2017 22:20 (UTC+04:00)

Trend-in məlumatına görə, Fransanın “Navya” şirkətinin istehsalı olan “Navya Arma” markalı mikroavtobus elektrik mühərriklə çalışır və iki ildən sonra ictimai nəqliyyatda müntəzəm cədvəl üzrə hərəkət etməsi planlaşdırılır.

Avstriya Nəqliyyat Nazirliyinin maliyyə vəsaiti hesabına formalaşan tədqiqat layihəsi çərçivəsində 11 sərnişin daşımaq imkanına malik olan sürücüsüz iki mikroavtobusun xüsusi dayanacaqlar, hərəkət cədvəli və əsl sərnişinlərin iştirakı ilə test yürüşləri aparılacaq.

Kamera və sensorlarla təchiz olunan “ağıllı” avtobuslar digər nəqliyyat vasitələri ilə interaksiyada olmaq imkanına sahibdirlər və yol hərəkətində baş verən gözlənilməz hadisələr zamanı müvafiq manevrlər edə biləcəklər.

AzNews.az