Aylarla evində olmayıb, amma kommunal haqqı tələb edirlər - Video

6 May 2017 22:50 (UTC+04:00)

Xezerxeber.az məlumat verir ki, paytaxt sakininin başına gələn hadisə olduqca aktualdır. Çoxmərtəbəli binaların çoxalmasını nəzərə alsaq, bu hal hər kəsin başına gələ bilər.

Ekspert Xəyal Bəşirov deyir ki, Mənzil Məcəlləsində vətəndaşların hansı hallarda kommunal ödəniş edib-etməmələri şərh edilir. Ekspertin sözlərinə görə, kommunal xidmətlərə işıq, qaz, su və kanalizasiya xidmətləri daxildir. Onlara görə ödəniş sayğacla hesablanır. Mənzildə yaşayış olmadığı müddətdə həmin xidmətlərdən istifadə edilmir və heç bir ödəniş edilmir.

Amma yaşayış sahəsindən istifadəyə görə nəzərdə tutulan ödənişlərdə bu prinsip tətbiq edilmir.

Qanunvericiliyə əsasən çoxmərtəbəli binalar təhvil verildikdən 6 ay sonra MTK-lar ləğv edilərək Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə çevrilməlidirlər. Ona görə də sözügedən müddətdən sonra MTK-ların hansısa ödəniş tələb etməsi qanundan kənardır.

MTK-lar vətəndaşlardan ödəniş tələb edirlərsə, bu məsələ məhkəmədə mübahisələndirilməlidir.

AzNews.az