55 yaşlı kişinin meyiti tapıldı

6 May 2017 23:08 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz şəhərində, dəmir yolu xəttinin kənarında kişi meyiti tapılıb. Araşdırma zamanı ölən şəxsin 1962-ci il təvəllüdlü Qasımov Ramiz Paşa oğlu olduğu müəyyən edilib. Onun alkoqol düşkünü olduğu və tüfeyli həyat tərzi sürdüyü bildirilir.

Meyitin üzərində heç bir zorakılıq əlaməti olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az