Fransanın ən gənc prezidenti - Emmanuel Makron

8 May 2017 09:28 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, o, ultra-sağçı Marin Le Peni məğlub etməyi bacarıb.

Seçkilərin nəticələrinə görə Makron 66.06 faiz, Le Pen isə 33.94 faiz səs toplaya bilib.

39 yaşlı siyasi lider ölkə tarixində ən gənc prezidenti hesab olunur. O, 1958-ci ildən bəri 2 əsas partiyadan olmayan ilk prezident kimi tarixə düşüb.

Makron qələbə münasibəti ilə çıxışında Fransa tarixində yeni səhifənin yazılacağını deyib.

“Mən bu səhifənin ümid və yenilənmiş etibar səhifəsi olmasını istəyirəm.”

Makron Fransa xalqının həmrəyliyini zəmanət altına alacağını və Avropanı müdafiə edəcəyini bildirib.

Minlərlə Makron tərəfdarı qələbə sevincini paytaxt Parisdə - məşhur Luvr muzeyinin yanında qeyd ediblər.

Le Pen isə məğlubiyyətini şərh edən zaman qeyd edib ki, seçki, əslində, vətənpərvərlərlə qlobalistlər arasında nə qədər böyük fərq olduğunu göstərib. O, ona etimad göstərən 11 milyon seçiciyə təşəkkür edib və ölkədə yeni siyasi gücə ehtiyac olduğunu əlavə edib.

Bəxtiyar Abbasov

AzNews.az