Prokurorluq Xaçmazda tapılan kütləvi məzarlıqda araşdırmalara başlayıb

8 May 2017 19:45 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə Xaçmaz Rayon Prokurorluğundan bildirilib.

Rayonunun Müqtədir qəsəbəsi ərazisndə tapılan kütləvi məzarlığa Xaçmaz Rayon Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin Xaçmaz Rayon Şöbəsinin, Xaçmaz Rayon Polis Şöbəsinin rəsmiləri tərəfindən baxış keçirilib. Ərazidə tapılan insan sümüklərindən DNT analizinə göndərilməsi və müxtəlif ekspertizalar təyin edilməsi üçün nümunələr götürülüb.

Prokurorluqdan bildirilib ki, götürülən nümunələrdən təyin ediləcək ekspertizalar zamanı sümüklərin hansı dövrə aid olması və insanların hansı xəsarətlər nəticəsində ölmələri müəyyən ediləcək.