Rusiyalı siyasətçi Qarabağ problemini “qəliz məsələ“ adlandırdı

7 Fevral 2013 12:15 (UTC+04:00)
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycanla Ermənistan arasında 20 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinə dair çıxış edib. Modern.az-ın rus KİV-lərinə istinadən verdiyi məlumata görə, S.Narışkin münaqişə ilə bağlı vəziyyətin hazırda çox qəliz olduğunu deyərək, tərəflər arasında yaşanan ən böyük problemin referendum olduğunu diqqətə çatdırıb. Rus spiker bu haqda Fransa parlamentinin deputatları ilə görüşündə danışıb.

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi işində əsas maneə referendumun keçirilməsi məsələsidir. Münaqişə o qədər qəlizləşib ki, onu bu qədər sürətlə həll etmək mümkün deyil. Məsələyə real yanaşmaq lazımdır. Bu, qısa zamanda həll olunan problem deyil.",-deyə S.Narışkin vurğulayıb.

AzNews.az