Hərbi xidmətə yararsız bileti alanlar yenidən yoxlanılacaq - Video

8 May 2017 21:22 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, xidmətin hüquq təminatı şöbəsinin baş zabiti Rəşad Qasımovun sözlərinə görə belə araşdırma onsuz da xidmətdə daimi olaraq aparılır. Ancaq düzgün olmayan şəkildə təqdim olunan məlumatlar da var.

Xidmətin baş zabiti Rəşad Qasımovun sözlərinə görə 18 yaşdan 35 yaşa qədər xəstəliyə görə möhlət hüququ verilən şəxslər hər 3 ildən bir yoxlanışa cəlb olunur. 16 yaşdan qeydiyyata alınan yeniyetmələrdə isə hansısa sağlamlıq problemi ortaya çıxarsa onların müalicəsi xidmətin göndərişi ilə pulsuz olaraq həyata keçirilir.

Rəşad Qasımov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hansısa şöbəsində göstərilən xidmətdən narazı qalan vətəndaşların dərhal qurumun mərkəzi aparatına məlumat verməli olduğuna diqqət çəkib.

Hərbi mükəlləfiyyəti olan şəxslərin Dəvət gələndə dərhal deyilən vaxtda lazımı yerdə olması xüsusi diqqət tələb edir. Əks halda səfərbərlik anında bu tələblərə riayət etməyən şəxslər inzibati xətalar yox, cinayət məcəlləsi ilə məsuliyyət daşıyacaqlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 9100 nömrəli çağrı mərkəzi də vətəndaşların xidmətindədir.