Kamerunlu məşqçi jurnalistləri güldürdü - “Məni görürsüz?”

8 May 2017 22:54 (UTC+04:00)

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, mətbuat konfransının gedişində zalda işıqlar sönüb və yarıqaranlıq olub. Bu vaxta qədər, demək olar ki, gülümsəməyən qaradərili Tova jurnalistlərə müraciət edib: “Məni görürsünüz?”

Zarafat çox yerinə düşmüşdü, belə ki, məşqçinin yanında oturmuş fransızcadan tərcümə edən azərbaycanlı xanımın üzündən fərqli olaraq, kamerunlu mütəxəssisin üzü, doğrudan da, görünmürdü. Tovanın yumoru gülüş və alqışlarla qarşılandı.