47 yaşlı kişinin ağacdan asılmış meyiti tapıldı- Qaxda

9 May 2017 09:14 (UTC+04:00)

Hüquq-mühafizə orqanlarından apa-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, rayonun Çinarlı kənd sakini, 1970-ci il təvəllüdlü Şamil Şamxal oğlu Şamxalovun meyiti mayın 8-də axşam saatlarında kəndin yaxınlığındakı meşəlik ərazidə ağacdan asılı vəziyyətdə aşkar olunub.

Aparılan araşdırma zamanı məlum olub ki, iki həftə əvvəl Rusiyadan qayıdan Şamil Şamxalov özünü asaraq intihar edib.

Şamil Şamxalovun intihar edən zaman sərxoş vəziyyətdə olduğu və onun üzərindən tapılan məktubda bir neçə rayon sakininə xeyli miqdarda pul borcu olduğu qeyd olunub.

Faktla bağlı Qax Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az