Xaçmazda meşə yanır

9 May 2017 17:26 (UTC+04:00)

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Mərəcan kəndi ərazisində təxminən 500 kvadratlıq meşə massivində qeydə alınıb. Yanğının söndürülməsi üçün Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

AzNews.az