Qadın həndbolçularımız İslamiadaya qələbə ilə başlayıb

9 May 2017 17:50 (UTC+04:00)

"Report"un məlumatına görə, rəqib Kamerun millisi olub.

"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 28:26. İlk yarını 18:14 hesabı ilə öndə bitirən Azərbaycan millisi sonadək üstünlüyünü əldən verməyib. Digər görüşdə Türkiyə Özbəkistanı yenib - 37:21 (16:8).

Qeyd edək ki, mayın 10-da Azərbaycan millisi Özbəkistanla, mayın 11-də Türkiyə ilə üz-üzə gələcək. Mayın 13-də yarımfinal, mayın 14-də isə 3-cü yer uğrunda və final görüşləri keçiriləcək.

AzNews.az