Azərbaycanlı boks hakimi İslamiadaya təyinat alıb

9 May 2017 18:00 (UTC+04:00)

Azərbaycan Boks Federasiyasından AzNews.az-a bildiriblər ki, "Baku Crystal Hall"da keçiriləcək yarışlara 27 ədalət təmsilçisi təyinat alıb.

Siyahıda azərbaycanlı referi də var. Mayın 12-18-də keçiriləcək kişi boksçularının mübarizəsi zamanı Mehman Mürsəlov ədaləti qoruyacaq hakimlərdən biri olacaq.

Qeyd edək ki, yığmamızın üzvləri İslamiadada 10 çəki dərəcəsinin hamısında rinqə çıxacaqlar.