Xaçmazda meşə yanğını söndürüldü

9 May 2017 18:51 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi alovu söndürüb, daha geniş əraziyə yayılmasının qarşısını alıb.

Qeyd edək ki, rayonun Nərəcan kəndi ərazisində təxminən 500 kvadratlıq meşə massivində yanğın qeydə alınıb.