Kişi həndbolçularımız Pakistan yığmasını məğlub etdi

9 May 2017 20:08 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Hikmət Abdullayevin baş məşqçi olduğu komanda Pakistan millisini məğlub edib - 43:36.

"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilmiş görüş meydan sahiblərinin üstünlüyü şəraitində keçib. İlk yarıda 20:15 hesabı ilə öndə olan Azərbaycan millisi fasilədən sonra üstünlüyünü daha da artırıb və 7 topa çatdırıb.

Qeyd edək ki, A qrupunun digər oyununda Səudiyyə Ərəbistanı Əlcəzairə qalib gəlib - 26:13 (13:6). B qrupunun ilk görüşündə isə Mərakeş Türkiyəyə uduzub - 24:27 (8:12). Qrupun digər oyunu saat 20:15-də İraqla İordaniya yığmaları arasında keçiriləcək. Azərbaycan millisi mayın 10-da Səudiyyə Ərəbistanı ilə, mayın 11-də Əlcəzairlə qarşılaşacaq. Yarımfinal görüşləri mayın 13-də, 3-cü yer uğrunda və final matçları mayın 14-də keçiriləcək.