Cəlilabadda yeniyetmə çayda boğuldu

9 May 2017 23:36 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan təxminən 10-11 yaşlı yeniyetmə rayon ərazisindən keçən Mişarçayda boğulub.

Onun cəsədi çayda batdığı yerdən çıxarılıb və yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.