Eks-prezident Timoşenko ilə hamamda görüşdü

7 Fevral 2013 12:57 (UTC+04:00)



Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski və Avropa Parlamentinin keçmiş üzvü Pet Koks Ukrayna hökumətinin keçmiş rəhbəri Yuliya Timoşenko ilə xəstəxanada hamam otağında görüşüblər. Bu barədə məlumatı "İnterfaks"a Timoşçenkonun qızı Yevgeniya Timoşenko verib.

Görüş iştirakçıları bununla bağlı mətbuata heç bir açıqlama verməyib. Ancaq Y. Timoşenko anasını ziyarət edən qonaqların onun saxlanma şəraitindən şoka düşdüyünü bildirib: "Anamın saxlandığı şərait onları dəhşətə saldı. Çox sayda monitorlar, mühafizəçiləri görüb təəccübləndilər".

Məlumat üçün bildirək ki, xəstəxanada müalicə olunan Y. Timoşenko daim nəzarət altında olduğundan narazılığını müxtəlif vasitələrlə ifadə edib. Etiraz olaraq müşahidə kameraları quraşdırılan palataya qayıtmayan Y. Timoşenko vaxtını görüş otağında və ya dəhlizdə keçirib, həmçinin hamamda yatacağını bəyan edib.

Elnarə
AzNews.az