Sərnişin avtobusda bıçaqlandı - Əyləşmək üstündə

10 May 2017 12:05 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1990-ci il təvəllüdlü Məmmədov Elvin Məhəmməd oğlu 199 saylı marşrut avtobusunda əyləşmək üstündə tanımadığı sərnişinlə mübahisə edib. E.Məmmədov mübahisə zamanı sağrı nahiyəsindən iki bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az