BTC-nin əsaslı xərcləri azalıb - 6 milyon dollar

10 May 2017 12:10 (UTC+04:00)

"BP-Azerbaijan" şirkətindən AzNews.az-a verilən məlumata görə, hesabat dövründə BTC üzrə əməliyyat xərclərinə təqribən 29 mln. dollar, əsaslı xərclərə isə 5 mln. dollar xərclənib. Qeyd edək ki, 2016-cı ilin analoji dövrü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 29 mln. dollar, əsaslı xərclərə isə 11 mln. dollar yönəlib.

Ötən ilin ilk 3 ayı ərzində boru kəməri vasitəsilə təqribən 9 mln. ton (67 mln. barel) xam neft ixrac olunub.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan Azəri-Çıraq-Günəşli nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2017-ci il mart ayının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 357 mln. ton (təxminən 2,67 mlrd. barel) xam neft nəql edilib və Ceyhan limanında 3502 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

"BTC Co."-nun səhmdarları: BP (30,10%); "AzBTC" (25,00%); "Chevron" (8,90%); "Statoil" (8,71%); TPAO (6,53%); ENI (5,00%); "Total" (5,00%), "Itochu" (3,40%); "Inpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləridir.