Yəməndə vəba xəstəliyindən ölənlərin sayı artır - 34 nəfər

10 May 2017 13:07 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 27 aprel və 7 may tarixləri arasında 2022 nəfərin xəstəliyə yoluxduğuna dair ehtimallar var. Yoluxma ötən ilin oktyabr ayından başlayıb və indiyə qədər 26 min nəfər bu xəstəliyə yoluxub.

Yəməndə artıq 2 ildən çoxdur ki, hökumət qüvvələri ilə husi üsyançı qüvvələri arasında vətəndaş müharibəsi gedir. Müharibə ölkədə səhiyyə sistemi və mülki infrastrukturu məhv edib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədə tam fəaliyyət göstərən xəstəxanaların sayı 45 faizdən də aşağıdır.

8 milyondan çox yəmənli içməli su və sanitar xidmətə ehtiyac duyur.

Bəxtiyar abbasov

AzNews.az