İTV-də yeni təyinatlar

10 May 2017 16:39 (UTC+04:00)

Lent.az-ın əldə etdiyi məlumata görə, Elçin Həsənov və Cabbar Quliyev baş direktor Cəmil Quliyevin müavini təyin edilib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov məlumatı Lent.az-a təsdiqləyib. O bildirib ki, yeni müavinlər artıq bir həftədir işini icra edir.

Bildirək ki, indiyə qədər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun müavini Şaiq Məmmədov vəzifəsindən azad edilib.

AzNews.az