Şirkət avtomobilindən 83 min pul və tapança çıxdı - Bakıda

10 May 2017 17:26 (UTC+04:00)

“Report”un xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Tural Səmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Maşına baxış zamanı oradan 83 400 manat pul və “Voltran-Major” markalı pnevmatik tapanca tapılıb.

İlkin araşdırmalar zamanı avtomobilin, nəqliyyat vasitələrinin kirayəsi ilə məşğul olan “Karvan Group” MMC-yə məxsus olduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az