3 yaşlı uşağı elektrik cərəyanı vurdu

10 May 2017 17:44 (UTC+04:00)

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Ovçubərə kəndində baş verib.

Belə ki, həmin kəndin sakini 2014-cü il təvəllüdlü Ağayev Müşfiq Eldar oğlu cərayan vurması nəticəsində ölüb.

Uşağın yaxınlarının "Report"un yerli bürosuna verdiyi məlumata görə, o, həyətlərindəki su quyusunun elektrik açarı ilə oynayərkən elektrik cərayanı vurub.

Uşaq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az