Ər-arvad qəzaya düşdü - Birinin vəziyyəti ağırdır

10 May 2017 17:59 (UTC+04:00)

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunda, Masallının Alvadı kəndi ərazisində qeydə alınıb. Masallının Oncaqala kənd sakini, 1969-cu il təvəllüdlü Yusubov İbad Razdağ oğlunun idarə etdiyi “Opel” markalı, 99 BJ 973 dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb və aşıb.

Nəticədə sürücü və onun həyat yoldaşı, 1974-cü il təvəllüdlü Gülsüm Əfsər qızı Fərəcova ağır xəsarət alaraq Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İ.Yusubovun vəziyyətinin ağır olduğu deyilir.

Fakt araşdırılır.

AzNews.az