AzNews.az Qol.az-a istinadən xəbər verir ki, onun çalışdırdığı "Qarabağ"ın U-19 komandası vaxtından əvvəl çempionluğu rəsmiləşdirib.
U-19 Liqasının 31-ci turunda bu gün "Qəbələ" ilə keçirilən oyunda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.
Xallarını 84-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal geridə qoyub və sona 3 tur qalmış çempion adını qazanıb.
Rəşad Sadıqovun komandası ölkəmizi UEFA Gənclər Liqasında (Çempionlar Liqasının analoqu) təmsil edəcək.
Qeyd edək ki, R.Sadıqov "Qarabağ"ın U-19 komandasına bu mövsümdən rəhbərlik edir.