Dələduz makler həbs edildi - 7 il cəza

11 May 2017 12:25 (UTC+04:00)

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Əliyev 7 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

İttihama görə, A.Əliyev 2015-ci ilin oktyabrında başqasının adına olan torpaq sahəsini tanışı Ramin Delikanova 14 min manata sataraq, ona qarşı dələduzluq edib.

AzNews.az