İkinci binada mənzillər jurnalistlərə nə vaxt paylanacaq? - Açıqlandı

11 May 2017 13:36 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli APA-ya bildirib ki, ikinci binanın mənzilləri jurnalistlərə bu il 22 iyul - Milli Mətbuat günündə veriləcək.

3 girişli, 17 mərtəbəli bina 255 mənzildən ibarətdir.

Qeyd edək ki, jurnalistlər üçün inşa edilmiş birinci bina 22 iyul 2013-cü ildə istifadəyə verilib.

AzNews.az