Qaxda 40 yaşlı kişini ilan sancdı - Video

11 May 2017 15:16 (UTC+04:00)

ARB Şəki xəbər verir ki, Qax rayonu Almalı kəndində yaşayan, əslən Kəlbəcər rayonundan olan Həşimov Yaşarı qoyun otaran zaman ilan sancıb.

Onun dediyinə görə ilanı görməyib və üstündən basıb. Dərhal o öz yaxınlarına zəng edib və onu Qax rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər. Yaşar Həşimova lazımı tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

Həşimov Yaşar (zərəçəkən): "Qoyun otarırdım. Torpaq Qala deyilən sahədə. Otun arasından gördüm sancdı. Baxanda gördüm yekə ilan. Evdə valideynlərimə zəng etdim gəlib çatdılar"

Yaşar Həşimovun vəziyyətinin hazırda orta-stabil olduğu bildirilir.

AzNews.az