Bağırsağında heroin keçirən şəxs sərhəddə saxlanıldı

11 May 2017 15:31 (UTC+04:00)

AzNews.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idarənin "Qoşa Təpə" gömrük postunda, daxil olan əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Vətəndaşın üzərində şəxsi yoxlama zamanı, onun daxili orqanında (düz bağırsağında) 13 ədəd bükümdə xalis çəkisi 218,508 qram olan heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.