Alim Qasımov azan oxuyacaq - İslamiadanın açılışında

11 May 2017 15:46 (UTC+04:00)

A.Qasımov AzVision.az-a deyib ki, Avropa Oyunlarından fərqli olaraq İslamiadanın açılışında muğam ifa etməyəcək.

“Sabah minarəyə çıxıb azan oxuyacağam. Əsas işim bundan ibarət olacaq. Digər yarışlardan fərqli olaraq İslam Oyunlarının açılış mərasimində muğam oxumayacağam. Adı üstündə İslam Oyunlarıdır, azan oxumaq yerinə düşər. Bu işin mənə həvalə edilməsi sevindiricidir. Mənim üçün xüsusi geyimlər tikilib. Azanı həmin geyimdə oxuyacağam. Hazırda buna hazırlaşıram” - deyə Xalq artisti vurğulayıb.

Qeyd edək ki, Alim Qasımov “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində "Qarabağ" şikəstəsini ifa etmişdi.

AzNews.az