Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi: “Gecə yoldaşım...”

11 May 2017 16:22 (UTC+04:00)

Aktrisa AzNews.a-a açıqlamasında mərhum anasını itirdikdən sonra gərginlik içində olduğunu deyib:

Hər şey, bütün problemlər eyni vaxtda üstümə gəldi. Özüm xəstə oldum, onun ardınca da anam dünyasını dəyişdi. Xəstəxanada olduğum günlərdə onun xərcəng xəstəsi olduğunu eşitdim. Bunların hamısını eyni vaxtda qaldıra bilmədim. Problemlər məni yordu. İndi də bunun fəsadlarını yaşayıram.

Naibə Allahverdiyeva analizlərinin nəticələrinin hələ sabah açılacağını deyib: “Mən də dilxoram, narahatam, görəsən nəticələr necə olacaq. Ağrılarım var, əsəb-gərginlik...Nə yaxşı ki, həyat yoldaşım var. Gecə yoldaşım qalır yanımda, məni tək qoymur.”

Əməkdar artist Naibə Allahverdiyeva bir müddət bundan əvvəl də səhhətində problemlər yaranmışdı.

Bahar RÜSTƏMLİ

AzNews.az