“Neftçi”də yeni məşqçi

11 May 2017 17:49 (UTC+04:00)

AzNews.az xəbər ki, Novruz Əzimov əsas komandanın məşqçisi vəzifəsinə təyin olunub. 1982, 1985-1989 və 1991-1992-ci illərdə "Neftçi"nin heyətində 146 oyun keçirib, 5 qol vurmuş Əzimov Azərbaycan çempionudur (1992). "Kəpəz" və AZAL klublarında məşqçi kimi çalışmış mütəxəssis "Bakı"nın baş məşqçisi, məşqçisi və idman direktoru vəzifələrini yerinə yetirib. Baş məşqçi kimi Azərbaycan kubokunun qalibi olub (2011/2012).